"Abşeron"da ABŞ-li basketbolçu
18.09.2024 - 21:51
"Abşeron"da ABŞ-li basketbolçu

"Abşeron" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. ABŞ-li basketbolçu son olaraq ölkəsinin "St-Xavier" komandasının şərəfini qoruyub.

Qeyd edək ki, "Abşeron" buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.

0