AÇ: Millimiz ev sahibi ilə qarşılaşacaq
10.08.2026 - 11:33
AÇ: Millimiz ev sahibi ilə qarşılaşacaq

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda ilk oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız turnirin açılış matçında ev sahibi Slovakiya seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da Pieştani şəhərində başlayacaq.