Almaniya dünya çempionu oldu – tarixində ilk dəfə
10.09.2023 - 18:38
Almaniya dünya çempionu oldu – tarixində ilk dəfə

Basketbol üzrə dünya çempionatının final matçı keçirilib.

Apasport.az saytı xəbər verir ki, Almaniya yığması tarixində ilk dəfə çempion titulunu qazanıb.

Almanlar həlledici oyunda Serbiya komandasına qalib gəliblər. Oyun 83:77 hesabı ilə başa çatıb. Dünya çempionatında bütün görüşləri qələbə ilə vuran komanda tarixi uğura imza atıb.

Turnirin bürünc medalını Kanada millisi qazanıb. ABŞ komandasınə əlavə vaxtda məğlub edən kanadalılar ilk dəfə dünya çempionatında mükafatalayiq yer tutublar. 

Final
Almaniya – Serbiya – 83:77
3-cü yer uğrunda matç
ABŞ – Kanada – 118:127 OT 

 

0