Almaniya və Kanada yarımfinalda
06.09.2023 - 20:08
Almaniya və Kanada yarımfinalda

Basketbol üzrə dünya çempionatını son iki yarımfinalçısının adına aydınlıq gəlib.

Apasport.az-ın məlumatına görə, Almaniya və Kanada ¼ finalda qələbə qazanıblar.

Kanada basketbolçuları Sloveniya ilə görüşdə ciddi çətinliklə üzləşməyiblər. Donçiçin lideri olduğu slovenlər yalnız birinci hissədə rəqiblə başabaş mübarizə aparıblar.

Latviya Almaniya ilə görüşdə sürprizə imza ata bilməyib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 81:79 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yarımfinalda ABŞ – Almaniya və Serbiya – Kanada görüşləri keçiriləcək.

Basketbol, dünya çempionatı
¼ final
6 sentyabr

Almaniya – Latviya – 81:79
Kanada – Sloveniya – 100:89

1/2 final
8 senytabr

ABŞ – Almaniya 
Kanada – Serbiya
 

0