Amerika Basketbol liqası NBA-da növbəti turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, qərb konfransı çərçivəsində baş tutan qarşılaşmada "Hyuston Rokets" və "Dallas Mevriks" komandaları üz-üzə gəliblər.
"Hyuston Rokets" meydandan 110-99 hesablı qələbə ilə ayrılıb.
Roketsin türk basketbolçusu Alperen Şengün 23 xalla matçın ən çox xal qazanan oyunçusu olub və 38 dəqiqə meydanda qalıb. Şengün bununla yanaşı 6 ribaund və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Həmçinin 22 yaşlı türkiyəli basketbolçu öz karyerasında daha bir ilkə imza atıb. Belə ki, 6 top qazanma ilə matçı başa vuran Alperen bu göstəricidə şəxsi rekordunu qırıb.
NBA-da günün digər oyunların nəticələri isə belədir:
Detroyt Pistons 105 - 96 Orlando Məcik
Vaşinqton Vizards 125 - 107 Çikaqo Bulls
Mayami Hit 119 - 108 Nyu Orleans Pelikans
Nyu York Niks 119 - 103 Yutah Caz
Toronto Reptors 130 - 113 Bruklin Nets
Denver Naqqets 139 - 120 Atlanta Hovks
Sakramento Kinqs 113 - 107 Filadelfiya Siksers
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri