AMADA ABŞ-li basketbolçunu diskvalifikasiya edib
28.08.2025 - 13:47
AMADA ABŞ-li basketbolçunu diskvalifikasiya edib

AMADA legioner basketbolçu Javaun Markel Danielsi diskvalifikasiya edib.

Apasport.az xəbər verir ki, buna onun antidopinq qaydalarını pozması səbəb olub.

Daniels 3 aylıq müddətə yarışlardan uzaqlaşdırılıb. Onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub.