Avroliqanın MVP-si bəlli olub
21.04.2025 - 20:25

Avropaliqada 2024/25 mövsümünün müntəzəm çempionatının ən yaxşı basketbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Panatinaikos"un hücumameylli müdafiəçisi Kendrik Nann layiq görülüb.
O, çıxışı ilə turnirin MVP-si seçilib.
Amerikalı basketbolçu çempionatda keçirdiyi 33 oyunda orta hesabla 21,1 xal toplayıb, 3,6 ribaund və 4,3 ötürmə ilə yadda qalıb. Nannın uğurlu oyunu sayəsində "Panatinaikos" 22 qələbə və 12 məğlubiyyətlə 3-cü pilləni tutub.
Qeyd edək ki, yunan klubu pley-offda "Anadolu Efes"lə qarşılaşacaq.
0
0