Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a məğlub olub
19.11.2025 - 22:25
Avropa Kuboku: “Neftçi” “Abşeron Lions”a məğlub olub

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəliblər.

Apasport.az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" bu gün "Abşeron Lions"la qarşılaşıb.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürüb.

Oyun "Abşeron Lions"un 95:86 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.