Basketbolçularımız İslamiadaya qələbə ilə başlayıb
17.11.2025 - 18:36
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığma ev sahibi komanda ilə üz-üzə gəlib.
Görüş basketbolçularımızın 21:8 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan qrupdakı ikinci matçını da bu gün keçirəcək. Komanda Bakı vaxtı ilə saat 22:10-da Türkiyə seçməsi ilə üz-üzə gələcək
0
0