ÇL: “Sabah” Çexiya klubuna məğlub olub
07.10.2025 - 23:11
ÇL: “Sabah” Çexiya klubuna məğlub olub

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyunda uduzub.

Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada “Nimburk”a məğlub olub.

B qrupu çərçivəsində gerçəkləşən oyun ev sahiblərinin 93:65 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” ikinci oyununu oktyabrın 15-də Bakıda “Alba”ya (Almaniya) qarşı keçirəcək.