Danışılmış oyun tapıldı – ARAŞDIRMA
20.01.2023 - 12:42
Danışılmış oyun tapıldı – ARAŞDIRMA

Dünya idmanında daha bir danışılmış oyun şübhəsi üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, basketbol üzrə Yunanıstan çempionatının “Kolossos” – “İonikos” matçının nəticəsi ciddi şübhələrə əsas verib.

Yunanıstan Basketbol Federasiyası bu qarşılaşma ilə bağlı xüsusi araşdırmalara başlayıb. “Kolossos” ev görüşündə 89:48 hesabı ilə qalib gəlib.

Araşdırmalara bukmeker kontorlarında yaşananlar səbəb olub. Əksər şirkətlər meydan sahiblərinin 10,5 xallıq fora ilə qələbəsinə qoyuluşlar qəbul etsə də, matçın startına qədər bu rəqəm 28,5-ə qədər yüksəlib. Oyun başlamasına az qalmış kontorların çoxu bu görüşə pul qoyuluşlarını da dayandırıb.

Zəruri sənədlər toplayan federasiya bütün materialları İdman Baş Katibliyinə, eyni zamanda prokurorluğa göndərəcək. Hər iki klub baş verənlərlə bağlı bəyanat yayaraq ittihamları rədd edib. Klublar istintaqa hər cür köməyə hazır olduqlarını da gizlətməyib.

0
Loading...