Dünya çempionatında “Avropa finalı”
08.09.2023 - 20:08
Dünya çempionatında “Avropa finalı”

Basketbol üzrə dünya çempionatının finalçıları müəyyənləşib.

Apasport.az saytı xəbə verir ki, həlledici qarşılaşmada iki Avropa komandası qarşılaşacaq.

“Avropa finalı”nda Serbiya və Almaniya yığmaları üz-üzə gələcəklər. Hər iki komanda güclü rəqibi mübarizədən kənarlaşdırıb. Serblər Kanadadan, almanlar isə favorit ABŞ-dan güclü olublar.

Qeyd edək ki, final matçı sentyabrın 10-da keçiriləcək.

Basketbol, dünya çempionatı
½ final

Serbiya – Kanada – 95:86
ABŞ – Almaniya – 111:113
 

0