"İlk oyunda olduğu kimi yaxşı müdafiə olunaraq oyuna start verə bilmədik. Bununla yanaşı hucum ribaundlarında da rəqibə uduzurduq. Rəqibimiz də o amildən yaxşı istifadə etdi".
Apasport.az xəbər verir ki, bunu "Abşeron" basektbol komandasının baş məşqçisi Erhan Toker deyib.
O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunun NTD-yə 63:67 hesablı məğlubiyyəti şərh edib: "Sonradan oyunu bərabərləşdirib önə keçsək də, matçı nəzarətdə saxlamağı bacarmadıq. Bəzi oyunçuların üzərinə yük çox düşdü. Onları əvəz edə bilmədik. Ümumi olaraq deyə bilərəm ki, bəzi dəqiqələrdə yaxşı, digər qisimdə isə pis oynadıq. Bundan əlavə, çoxlu sayda sadə atış qaçırdıq. Psixoloji təzyiq bizim üzərimizdə olmamasına rəğmən matçın kritik anlarında səbət altında şanslardan yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
Qeyd edək ki, "Abşeron" - NTD duelində hesab bərabərləşib. Cütün qalibi 3-cü oyunda bəlli olacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri