“Fənər” İtaliya klubunu məğlub edib
26.11.2025 - 02:19
“Fənər” İtaliya klubunu məğlub edib

“Fənərbaxça Beko” Avroliqada növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında İtaliya klubu “Virtus Bolonya”nı qəbul edib.

Gərgin keçən qarşılaşma “sarı-lacivərdlilər”in 66:64 hesablı qələbəsi ilə başa çatıb. Komandanın lideri Veyd Boldvin 18 xalla oyunun ən yaxşı basketbolçusu olub.

Qeyd edək ki, “Fənərbaxça Beko” Avroliqanın növbəti turunda səfərdə “Olimpiakos”la qarşılaşacaq.