Gəncə klubu 6 legionerini göndərdi
04.09.2024 - 10:59
Gəncə klubu 6 legionerini göndərdi

"Gəncə" basketbol klubu altı oyunçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müqaviləsi başa çatan Donovan Filds, Tevon Horton, İrşad Hant, Culs Mur, Derek Rouds və Kenyon Dulinq komandanı tərk edib.

Qeyd edək ki, "Gəncə" ötən gün baş məşqçisi Bedri Meriç ilə vidalaşıb.

0