“Gəncə”nin baş məşqçisinin köməkçisi məlum oldu
05.09.2024 - 15:13
“Gəncə”nin baş məşqçisinin köməkçisi məlum oldu

“Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlının köməkçisi məlum olub.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssisin yardımçısı Rizvan Səfərov olacaq. Əməkdar məşqçi əvvəlki iki mövsümdə də qərb təmsilçisində eyni vəzifədə çalışıb.

Atlı “Gəncə” komandasından ayrılan Bedri Meriçi əvəzləyib.

0