Gənclərimiz Avropa Çempionatına yollanıb
12.07.2024 - 10:56
Gənclərimiz Avropa Çempionatına yollanıb

Basketbol üzrə U-20 millimiz Avropa çempionatında mübarizəyə başlayır.

Apasport.az xəbər verir ki, Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında Avropa çempionatının “B” divizionunun oyunları baş tutacaq.

B qrupunda qərarlaşmış yığmamız Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya komandalarına qarşı mübarizə aparacaq.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi Azərbaycan qrupdakı ilk oyununu 12 iyulda Bakı vaxtı ilə saat 21:30-da Portuqaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 21-də yekunlaşacaq.

0