“Heydər Əliyev kuboku”nun təqvimi açıqlandı
24.04.2023 - 14:50
“Heydər Əliyev kuboku”nun təqvimi açıqlandı

Azərbaycan Voleybol Federasiyası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev kuboku” təşkil edəcək.

Apasport.az saytının məlumatına görə, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaq. Qadınların yarışında I Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaq.

Kişilərin yarışında isə I Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2 Şuşa” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” komandaları mübarizə aparacaqlar.

Turnir 4 gün davam edəcək. Oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq. 

İlk gündə qadınlar Azərbaycan Voleybol Federasiyasının idman zalında və kişilər “Murov” klubunun idman zallarında yarışacaq. Həlledici matçlar isə Voleybol Mərkəzində təşkil olunacaq.

25 aprel
Qadınlar 

14:00. “Ryuga” – “Abşeron”
15:30 Kubokun açılış mərasimi
16:00. “Murov-2” – “Azərreyl”
18:00. “Xarı bülbül Şuşa” – UNEC
Oyunlardan sonra yarımfinalın püşkatması keçiriləcək.

Kişilər 
14:00. “Express” - “Xarı bülbül Şuşa”
15:30 Kubokun açılış mərasimi
16:00. “Xarı bülbül-2 Şuşa” – “Murov”
18:00. “Təhsil” - MOİK
Oyunlardan sonra yarımfinalın püşkatması keçiriləcək.

26 aprel
Yarımfinal, qadınlar 

14:00. Birinci oyun
16:00. İkinci oyun

27 aprel
Yarımfinal, kişilər

16:00. Birinci oyun
18:00. İkinci oyun

28 aprel
14:00. Final, qadınlar (CBC SPORT-canlı)
16:00. Final, kişilər) (CBC SPORT-canlı)
Oyunlardan sonra turnirin bağlanış mərasimi keçiriləcək.
 

0