İslam Oyunları: Millimiz Türkiyəyə qalib gəlib
17.11.2025 - 22:54
İslam Oyunları: Millimiz Türkiyəyə qalib gəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız Türkiyə seçməsi ilə qarşılaşıb.

Görüş basketbolçularımızın 19:11 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyununda Səudiyyə Ərəbistanı millisini 21:8 hesabı ilə məğlub etmişdi.