İslamiada: Millimiz qrup mərhələsini lider tamamlayıb
18.11.2025 - 19:01
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.
Apasport.az xəbər verir ki, komandamız Fildişi Sahili yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 21:14 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə yığmamız qrup mərhələsini lider olaraq tamamlayıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki iki oyunda Səudiyyə Ərəbistanını (21:8) və Türkiyə yığmasını (19:11) məğlub etmişdi.
0
0