“Lənkəran” “Sumqayıt”a, “Quba” isə “Sərhədçi”ni məğlub edib
02.10.2025 - 21:32
“Lənkəran” “Sumqayıt”a, “Quba” isə “Sərhədçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasının 2025/26 mövsümünün açılış turunda daha iki qarşılaşma keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk oyununda “Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

Görüş 93:82 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında isə Bakıda “Sərhədçi” və “Quba” üz-üzə gəliblər. Bu görüşdə də bölgə təmsilçisi üstün olub – 98:76.