"Lənkəran"da yeni legioner
17.09.2025 - 16:39
"Lənkəran" heyətinə yeni basketbolçu qatıb.
Apasport.az xəbər verir ki, cənub təmsilçisi iranlı Ehsan Şabani ilə heyətini gücləndirib.
200 sm boya malik basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
22 yaşlı Şabaninin son klubu "Naxçıvan" olub. O, eyni zamanda "Gəncə" və "Sumqayıt" klublarının da şərəfini qoruyub.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.
- Azərbaycan millisi İrlandiyaya məğlub oldu
- Alperendən 43 xal, “Hyuston”dan növbəti qələbə: NBA-da günün nəticələri
- "Gəncə" Türkiyə klubuna məğlub olub - YENİLƏNİB
- “Əvvəl diplom, sonra milyonlar” – NBA əfsanəsindən övladlarına şərt
- Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri
0
0