Azərbaycan Basketbol Liqasının V turunda "Şəki" autsayder "Lənkəran"ı 89:64 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, B qrupunda baş tutan matçdan sonra "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlama verib:
"Şəki"ni təbrik edirəm. Onlar bu gün daha çox komanda oyunu oynadılar. Ümid edirəm ki, növbəti tura qədər oyunumuzu dəyişdirmək üçün kifayət qədər gücümüz, vaxtımız və anlayışımız olacaq. Düşünürəm ki, birinci dövrənin nəticələrinə görə həm yaxşı, həm də pis oyunlar keçirdik. Hazırda bizdə olanla kifayətlənirik... Komandamızda kadr problemləri yaranandan sonra oyun keyfiyyətimiz xeyli düşdü. Bu, xüsusən son iki matçda hiss olunur. Biz çox vaxt fərdi hərəkətlərə yönəlirik və basketbolun komanda ilə oynanan bir idman növü olduğunu unuduruq. Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq".