“Lənkəran”nın baş məqşçisi: “İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”
18.10.2024 - 14:56
“Lənkəran”nın baş məqşçisi: “İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”

“İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”. 

Apasport.az xəbər verir ki, bunu “Lənkəran”nın baş məqşçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının I turu öncəsi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis “Gəncə” ilə matçdan gözləntilərindən danışıb: “Mövsümə yaxşı hazırlaşmışıq. İlk oyunumuzun doğma arenada olması yaxşı haldır. Ümid edirəm ki, zalda basketbol sevənlər və bizim azarkeşlərimiz olacaqlar. “Gəncə”yə hörmətlə yanaşırıq. Asan oyunun olacağını deyə bilmərəm. Bunu başa düşürük. Evdə oynadığımız üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq”.

Qeyd edək ki, "Lənkəran" - "Gəncə" matçı 19 oktyabr saat 14:00-da baş tutacaq. 

0