“Leykers” heç vaxt reallaşmayan nəticə arzusunda
21.05.2023 - 15:53
“Leykers” heç vaxt reallaşmayan nəticə arzusunda

NBA pley-offunun Qərb Konfransında “Denver” seriyada böyük üstünlük qazanıb.

Apasport.az saytı xəbər verir ki, denverlilər “Leykers”lə dueldə hesada 3:0 önə keçiblər.

Tarixdə heç bir komanda bu hesabdan sonra geri dönüş edə bilməyib. 149 dəfə 3:0 önə keçən komanda seriyanın qalibi olub. “Leykers” isə 8 dəfə belə çətin vəziyyətə düşüb və seriyanı quru hesabla məğlub bitirib (0:4). O, bu göstəricidə həm də rekordçudur.

Qeyd edək ki, seriyanın 4-cü matçı Los-Ancelesdə keçiriləcək.

 

0