Milli komandamız finala vəsiqə qazanıb
27.07.2024 - 22:48
Milli komandamız finala vəsiqə qazanıb

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız yarımfinal matçına çıxıb.

Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirin finalına vəsiqə üçün meydan sahibləri ilə üz-üzə gəlib. Qrupda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan millimiz bu oyunu da yüksək səviyyədə keçirib. Rəqibi bütün komponentlərdə üstələyən millimiz həlledici görüşə vəsiqə əldə edib.

Digər yarımfinalda Lüksemburqla Ermənistan görüşəcək.

Qeyd edək ki, çempionata iyulun 28-də yekun vurulacaq.

Avropa çempionatı, C divizionu
Yarımfinal
27 iyul
20:00. Azərbaycan – Albaniya - 62:41 (22:13, 10:10, 21:4, 9:14)

Tomorr Sinani İdman Sarayı

0