Milli komandamızdan möhtəşəm qələbə
25.02.2024 - 16:52
Milli komandamızdan möhtəşəm qələbə

Xəbər verdiyimiz kimi bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi Kosova yığması ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, FİBA Dünya kubokunun seçmə  mərhələsi çərçivəsində keçirilən matç millimizin qələbəsi ilə başa çatıb.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan qarşılaşmada Tahir Baxşıyevin rəhbərlik etdiyi komandamız qrupun favoritlərindən sayılan Kosovo yığmasını 87-77 hesabı ilə məğlub edib.
Bununla da, seçmə mərhələnin ilk ev oyununa çıxan basketbolçularımız məhz ilk qalibiyyətimizi doğma azarkeşlər önündə rəsmiləşdirib.

0