Millimiz Avropa Kubokunda yarımfinala yüksəlib
07.09.2025 - 15:53
Millimiz Avropa Kubokunda yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, yığma 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib. 

Seçməmiz rəqibini 16:13 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.