Millimiz Lüksemburqa uduzdu - qrup sonuncusu oldu
26.08.2025 - 09:32
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda son oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamız Lüksemburqla qarşılaşıb.
Basketbolçularımızın uğursuz seriyası davam edib. Millimiz 55:74 hesabı ilə uduzub. Bu nəticədən sonra yığmamız qrup sonuncusu olub.
Qeyd edək ki, bundan əvvəl İsveçə (57:84), Niderlanda (49:81) və Slovakiyaya (62:70) məğlubi olub.
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
- Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
- Donçiçdən 45 xal, “Leykers” və “Qolden Steyt”dən qələbə: NBA-də gecənin nəticələri
0
0