Millimiz məğlub olub
01.08.2026 - 20:39
18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi FİBA U-18 Avropa Çempionatında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız 13-16-cı yerlər uğrunda Böyük Britaniya kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 67:55 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz turnirdə son oyununu 15-16-cı yerlər uğrunda keçirəcək.
Növbəti rəqibimiz İslandiya - Şimali Makedoniya qarşılaşmasında məğlub olan komanda olacaq.
0
0