Basketbol üzrə Azərbaycan millisinin Avropa çempionatının ilkin təsnifat mərhələsində İrlandiya ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Baş məşqçi sabah reallaşacaq görüşdə 12 basketbolçuya şans verəcək.
Səfər matçı üçün heyətə Emmanuel Aqbason, Vesli Van Bek , Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadov daxil ediliblər.
Qeyd edək ki, İrlandiya – Azərbaycan qarşılaşması fevralın 27-də Dublindəki "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
- “Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
- "Neftçi" ikinci matçda da məğlub oldu: Dünya Seriyası
- “Neftçi” İzmir klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib