MVP, yoxsa titul?
02.05.2023 - 22:57
MVP, yoxsa titul?

“Denver” tarixində ilk dəfə NBA çempionu ola bilər. 

Apasport.az xəbər verir ki, Nikola Yokiçin liderliyində komanda konfrans yarımfinalında ardıcıl iki qələbə qazanıb.

Komandanın baş məşqçisi Maykl Meloun serbiyalı basketbolçunun komandadakı rolundan danışıb. Təcrübəli mütəxəssis Yokiçin sabit çıxış etdiyi qeyd edərək, uğurlarda əsas rol oynadığını bildirib. Ötən iki mövsümdə müntəzəm çempionatın MVP-si seçilən Nikola üçüncü dəfə buna yaxındır. 

Qeyd edək ki, Meloun titulun şəxsi mükafatdan daha önəmli olduğunu qeyd edib.
 

0