“Naxçıvan”ın baş məşqçisi: “Gün keçdikcə komanda daha da yaxşı çıxış edəcək”
18.10.2024 - 23:29
“Naxçıvan”ın baş məşqçisi: “Gün keçdikcə komanda daha da yaxşı çıxış edəcək”

“Naxçıvan”ın baş məşqçisi Murat Dikmen “Neftçi” ilə keçirilən oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az həmin açıqlamanı təqdim edir:

"İlk olaraq “Neftçi” klubunu təbrik edirəm. Komandamız keçən ildən fərqli olaraq bu mövsüm “Naxçıvan” adı ilə mübarizə aparır. Bütün oyunçularımızı dəyişdirmişik yalnız əsas heyətdən Cordan Perkinslə müqavilə müddətini uzatmışıq. Yeni bir komanda qurmuşuq. İlk görüşə görə komandan yetəri qədər istəkli və arzulu idi. Xüsusilə müdafiənin bəzi bölümlərində çox yaxşı mübarizə apardıq. Hər gün keçdikcə komanda daha da yaxşı çıxış edəcək. Hələ mövsümün əvvəlidir. Xırda əskikliklərimizi də bərpa edəndən sonra keçən ilki kimi çıxış edən bir kollektiv olacağıq.  Bunun üçün zamana ehtiyacımız var. İrəliyə doğru gedərkən də qazanmaq çox vacib idi. Mövsümün davamında bir uzun oyunçu axtarışımız davam edir. Rəhbərliyimizə də təşəkkür edirəm ki, artıq bununla bağlı işlərə başlayıblar. Bu istəyimiz də gerçəkləşərsə, keçən mövsümkü kimi yaxşı yerlərdə olacağıq".

Qeyd edək ki, ABL-in ilk turunda "Naxçıvan" "Neftçi"ni 84:79 hesabı ilə məğlub edib.

0