NBA-da müntəzəm mövsüm davam edir.
Apasport.az xəbər verir ki, bu gün 9 matç keçirilib.
18 komandadan 14-ü 100 top həddini geridə qoymağı bacarıb.
“Los-Anceles Lakers” evdə “Boston Seltiks”i qəbul edib. "Lakers" qonaqları 21 top fərqi ilə məğlub edib - 117:96.
Şərq Konfransında 4-cü pillədə qərarlaşan "Miluoki Buks" ev sahibi “Mayami Hit”i 125:96 hesabı ilə məğlub edərək ardıcıl 5-ci qələbəsini qazanıb.
NBA
Müntəzəm mövsüm
"Miluoki Buks" - "Mayami Hit" – 125:96
“Orlando Meqiç” - “Portland Treil Blazers” – 79:101
“Atlanta Huks” - “Toronto Raptors” – 119:122
“Oklahoma-Siti Tander” - “Dallas Maveriks” – 115:121
"Denver Naqqets" - “Sakramento” – 132:123
"Qolden Steyt Uorriors" - "Çikaqo Bullz" – 131:106
“Los-Anceles Lakers” - “Boston Seltiks” – 117:96
“Los-Anceles Klippers” - "Vaşinqton Vizards" – 110:93
"İndiana Peysers" - “San Antonio Spörs” – 110:140.