NBA-da yarımfinala yüksələn ilk komanda bəlli olub
16.05.2024 - 09:39
NBA-da yarımfinala yüksələn ilk komanda bəlli olub

Milli Basketbol Assosiasiyasında (NBA) ilk yarımfinalçı bəlli olub.

Apasport.az xəbər verir ki, "Boston" yarımfinala vəsiqə qazanıb. 

Komanda 1/4 final mərhələsinin 5-ci qarşılaşmasında “Klivlend”i məğlub etməklə buna nail olub - 113:98. Ümumi hesabı 4:1 edən "Boston" yarımfinala yüksəlib.

Onların rəqibi "İndiana" - “Nyu-York Niks” cütünün qalibi olacaq. Hazırda “Nyu-York Niks” 3:2 hesabı ilə öndədir.

0