"Neftçi" lider "Sabah"ı məğlub etdi
07.02.2024 - 22:55
"Neftçi" lider "Sabah"ı məğlub etdi

Basketbol üzrə ölkə çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün XIV turun ilk oyunu keçirilib.

Sözügedən matçda lider “Sabah” ondan 2 xal geri qalan “Neftçi”ni sınağa çəkib. Bu maraqlı qarşılaşmanı basketbolsevərlər “Sərhədçi” idman mərkəzində izləyiblər. Görüş "ağ-qaralar"ın qələbəsi ilə nəticələnib - 87:101.

Qeyd edək ki, tura fevralın 11-də yekun vurulacaq.

0