"Neftçi" yoxlama oyunu keçirib
12.10.2024 - 15:01
"Neftçi" yoxlama oyunu keçirib

"Neftçi" İdman Klubunun basketbol komandası yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" "Quba" kollektivi ilə üz-üzə gəlib.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində baş tutan qarşılaşma heç-heçə yekunlaşıb - 91:91.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

0