"Neftçi"dən növbəti transfer
25.08.2025 - 15:49
"Neftçi" basketbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, xorvatiyalı oyunçu Toni Perkoviç növbəti mövsümdə komandanın formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış "Cedevita" klubunda çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orleans" klublarının uğurları üçün çalışıb. Son mövsümünü isə İtaliyanın "Forli" klubunda keçirib.
Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
- Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
- Donçiçdən 45 xal, “Leykers” və “Qolden Steyt”dən qələbə: NBA-də gecənin nəticələri
0
0