"Neftçi"nin "Şəki" sınağı
28.01.2024 - 10:54
"Neftçi"nin "Şəki" sınağı

Basketbol üzrə ölkə çempionatı davam edir.

Apasport.az xəbər verir ki, çempionatda XII tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.

Şəki Olimpiya İdman kompleksinin evsahibliyi edəcəyi matçda yerli komandanın rəqibi “Neftçi” olacaq. Basketbolsevərlər saat 12:00-dan etibarən sözgedən qarşılaşmanı izləyə bilərlər. 

Yeri gəlmişkən qeyd edək ki, hesabat turunun əvvəlki görüşlərində "Xəzri" "Cəlilabad"a 100:81, "Xırdalan" "Sabah"a 107:103, “Sərhədçi” “Sumqayıt”a 91:63, NTD-İNDIQO isə “Gəncə”yə 94:80 hesabı ilə qalib gəlib.

0