"İlk gündən çempionluğa can atırıq".
Apasport.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Qeylin Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Oyunçu Azərbaycan Basketbol Liqasının XIII turunda "Neftçi"yə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:
"Qarşılaşmaya hazırlıq yüksək səviyyədə gedir. Qələbəyə acıq. Həm çempionatda, həm də kubokda qalib gəlmək əla idi. Biz belə davam edə biləcəyimizi hiss edirik. Sadəcə, uzunmüddətli məqsədimizə diqqət yetirməliyik. Hədəf isə çempionluqdur".
Qeylin Smit yanvarda komandaya qoşulan təcrübəli basketbolçular sayəsində daha güclü olduqlarını vurğulayıb:
"Onlar tez uyğunlaşdılar, amma hələlik ən yaxşı oyunumuzu göstərməmişik. Çempionatın bu mərhələsində oyundan-oyuna irəliləyirik. Liqanın startı çətin keçdi, amma əminəm ki, yüksək notla bitirəcəyik. Məncə, keçən illə müqayisədə liqa daha rəqabətlidir. Komandalar daha güclü olublar”.
Qeyd edək ki, fevralın 1-də baş tutacaq NTD - "Neftçi" görüşü saat 12:30-da start götürəcək.
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
- Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
- Donçiçdən 45 xal, “Leykers” və “Qolden Steyt”dən qələbə: NBA-də gecənin nəticələri