NTD yoxlama matçında qələbə qazandı
04.10.2024 - 18:22
NTD yoxlama matçında qələbə qazandı

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlığı davam etdirən NTD ilk yoxlama matçını keçirib. 

Apasport.az xəbər verir ki, komanda “Quba” ilə qarşılaşıb.

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan görüş paytaxt təmsilçisinin 98:90 hesablı qələbəsi ilə yekunlaşıb.

0