"Ordu"da növbəti transfer
27.09.2024 - 12:12
"Ordu"da növbəti transfer

“Ordu” klubu daha bir basketbolçunun keçidini açıqlayıb.

Apasport.az xəbər verir ki, gənc basketbolçu Əlibəy Məmmədli ilə 1 illik müqavilə imzalanıb.

190 sm boya malik basketbolçunun son iş yeri “Gəncə” klubu olub. Ə.Məmmədli Azərbaycanın U-20 yığmasının da üzvüdür.

0