"Ordu"nun loqosu təsdiq olunub
04.10.2024 - 14:08
"Ordu"nun loqosu təsdiq olunub

Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümündə debüt edəcək “Ordu” klubunun loqosu təsdiq olunub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Loqoda Azərbaycan bayrağının fonunda ordumuzun emblemi və idman klubunun yaranma tarixi qeyd olunub.

0