Paris-2024: Basketbol yarışlarında finalçılar bəlli olub
09.08.2024 - 00:54
Paris-2024: Basketbol yarışlarında finalçılar bəlli olub

Paris Yay Olimpiya Oyunlarının basketbol yarışlarında yarımfinal matçları yekunlaşıb.

Apasport.az xəbər verir ki, rəqiblərindən güclü olan Fransa və ABŞ milliləri finala vəsiqə qazanıb.

Gərgin keçən matçda ABŞ Serbiyanı 95:91 hesabı ilə məğlub edib. Fransa isə Almaniyadan güclü olub - 73:69.

Qeyd edək ki, Olimpiadanın medal görüşləri 9 avqustda baş tutacaq. Əvvəlcə Almaniya və Serbiya Bakı vaxtı ilə saat 13:00-da bürünc medal uğrunda üz-üzə gələcək. Qızıl medalın sahibinə isə saat 23:30-da start götürəcək ABŞ - Fransa qarşılaşmasında aydınlıq gələcək.

0