Pley-offda ilk böyük sürpriz "Xırdalan"dan gəlib
02.05.2024 - 22:10
Pley-offda ilk böyük sürpriz "Xırdalan"dan gəlib

2 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.

Apasport.az xəbər verir ki, pley-off 'un 1/4 final mərhələsində, "Neftçi" və "Xırdalan" komandaları arasında seriyanın ikinci oyunu çox gərgin keçib. Oyunun sonlarında Cakori Arçinin qazandığı kritik xallarla üstünlüyü ələ keçirmiş "Xırdalan" 76-73 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə "Xırdalan" seriyada 2-0 hesablı qələbə qazanaraq, yarımfinalda "Sabah" ın rəqibi olub.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 17 xal, 12 ribaund), "Xırdalan" (Teyvion Körk - 25 xal, 15 ribaund).

Qeyd edək ki, yarımfinal seriyasında ilk oyun 7 may tarixində baş tutacaq

0