
3x3 basketbol üzrə Qadın Basketbol Liqasının 2-ci mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, mayın 15-16-da Bakı İdman Sarayında keçirilən yarışın "RİOEUGİM 2" komandası olub.
İkinci mərhələnin final oyununda "RİOEUGİM 2" finalda “AzStars”a 19:13 hesabı ilə qalib gələrək mərhələnin birinci yerdə başa vurub. Final oyunun ən dəyərli basketbolçusu (MVP) qalib komandadan Leyla Allahverdiyeva seçilib. Mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Reqlamenə, əsasən, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, "RİOEUGİM 2" Qadın Basketbol Liqasının ilk mərhələsinin də qalibi olmuşdu.