“Quba” daha bir yoxlama matçı keçirib
27.09.2025 - 16:37
“Quba” daha bir yoxlama matçı keçirib

"Quba" basketbol klubu yoxlama görüşü keçirib.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda “Ordu” ilə üz-üzə gəlib və rəqibinə 66:70 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Quba” daha əvvəl NTD-yə qarşı keçirdiyi yoxlama oyununda da 69:78 hesabı ilə uduzmuşdu.