
“Quba” basketbol klubunun “Ordu”ya qarşı oyunu istənilən kimi alınmayıb”.
Apasport.az xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının II turunda “Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, nəticədən narazı qaldığını bildirib: “İlk qələbədən sonra bu gün də qalibiyyət istəyirdik. Təəssüf ki, uduzduq. Demək olar ki, oyunumuz alınmadı. Məşqlərimizi tam edə bilmədik. Çünki oyunçularımızın bəziləri xəstə idi. Zaur Paşayev III MDB oyunlarında idi. Məşqlərimizdə bir qədər axsama oldu. Oyunumuz tamamilə alınmadı. Eyni zamanda da “Ordu”nu təbrik edirəm. Çox möhtəşəm iş gördülər. Həm atışlarda, həm də müdafiədə çox yaxşı çıxış etdilər. Toparlanıb növbəti matçda qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində keçirilən “Quba” – “Ordu” görüşü qonaqların 96:68 hesablı qələbəsi ilə bitib.