“Sabah” Çempionlar Liqasında mübarizəni dayandırdı
17.09.2024 - 19:54
“Sabah” Çempionlar Liqasında mübarizəni dayandırdı

"Sabah" FİBA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz bu gün təsnifat mərhələsində ilk oyununa çıxıb.

Çempionumuzun rəqibi İsveçin "Norçepinq Dolfins" klubu olub. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 71:75. 

Azərbaycan çempionu mübarizəni FİBA Avropa kubokunda davam etdirəcək.

FİBA Çempionlar Liqası
"Sabah" - "Norçepinq Dolfins" (İsveç) - 71:75 (18:15, 19:18, 11:23, 23:19)

0