"Sabah" finala vəsiqə qazanıb
29.04.2025 - 16:07

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub.
Apasport.az xəbər verir ki, "Sabah" həlledici mərhələyə vəsiqə qazanıb.
Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda "Şəki"ni məğlub edib - 96:72.
Qeyd edək ki, "Sabah" ilk görüşdə də qalib gəlmişdi - 86:73.
0
0